ƏDV məbləği nə zaman əvəzləşdirilə bilər? Əlavə dəyər vergisi nədir?


Vergi məcəlləsinin 153.1. Əlavə dəyər vergisi (bundan sonra – ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir- kimi izah edilir.Misal ilə izah edərsək 1000 AZN-ə malı satarkən əldə etdiyimiz 180 AZN ilə satılan malı alarakən (məsələn 800 AZN*18%=144AZN) ödədiyimiz 144 AZN arasındakı fərq (180-144=36AZN) əlavə dəyər vergisi adlanır.

ƏDV-nin ödənilməsi zamanı nə zamandır?

VM 166.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar üzrə ödəmənin aparıldığı vaxtdır. Bu zaman ödəmə edərkən mal,iş,xidmətin dəyərinin əsas və ƏDV hissəsi ödənilməlidir. Və eyni zamanda VM 58.6 maddəsinə uyğun olaraq əsas məbləq ödənildikdən 1 iş günü ərzində ƏDV məbləğinin ödənilməməsinə görə ƏDV məbləğinin 50% məbləğində maliyyə sanksiyası tətbiq olunur. 


Bəs e-qaimə üzrə ödənilən ƏDV məbləği nə zaman əvəzləşdirilir və nə zaman əvəzləşdirmək hüququndan məhrum olunur?


VM 175-ci maddəsinə əsasən e-qaimə üzrə ödəniş edərkən ƏDV məbləği qarşı tərəfin ƏDV depozit hesabına ödənilməlidir. Malların idxalı zamanı ödənilən ƏDV məbləği hesabat dövründə əvəzləşdirilir. Əgər ƏDV məbləği qarşı tərəfin bank hesabına vəya ödəniş nağd qaydada həyata keçirilərsə ƏDV əvəzləşdirmək hüququnu itirmiş sayılırsınız. 


Paylaş