Əmək haqqı nece hesablanır?
Əmək haqqından 5 növ tutulmalar mövcuddur.Bunlar aşağıdakılardır:
- Gəlir vergisi
- DSMF tutulmaları
- İşsizlik tutulmaları
- Həmkarlar təşkilatına üzvlük haqqları
- İcbari tibbi sığorta
İşçinin əmək haqqısından tutulmalarda əlavə işə cəlb edən şirkət də işçi adından DSMF ödənişləri etməkdədir.
Əmək haqqı hesablanması 2 yerə bölünür:
1 Qeyri neft-qaz və özəl sektor
2 Dövlət və neft qaz sektoru
İcbari tibbi sığortanın regionlar üzrə tətbiqi (əmək haqqından tutulması) Nazirlər Kabinetinin 10 aprel 2020-ci il tarixli 136 nömrəli qərarına əsasən nizamlanır. Müvafiq qərarla tanış ola bilərsiz.
Əmək haqqı hesablanması üçün excel sənədi buradan yükləyə bilərsiz
Qeyri neft-qaz və özəl sektor | |
İşçi hesabına | Şirkət hesabına |
Gəlir vergisi 8000AZN əmək haqqına qədər 0 AZN 8000AZN əmək haqqıdan yuxarı hissənin 14%-i DSMF tutulması 200AZN əmək haqqına qədər 3% AZN,200 AZN əmək haqqından yuxarı hissənin 10%-i İşsizlik sığortası əmək haqqının 0,5 %-i Həmkarlar ittifaqına Müəyyən % İcbari tibbi sığorta 8000 AZN-ə qədər 2 %,8000 AZN-dən yuxarı hissənin 0,5% | Gəlir vergisi tutulmur DSMF tutulması 200 AZN əmək haqqına qədər 22% AZN,200 AZN əmək haqqından yuxarı hissənin 15%-i İşsizlik sığortası Əmək haqqının 0,5 %-i Həmkarlar ittifaqına Müəyyən % İcbari sığorta 8000 AZN-ə qədər 2 %,8000 AZN-dən yuxarı hissənin 0,5% |
Neft-qaz və dövlət sektoru | |
İşçi hesabına | Şirkət hesabına |
Gəlir vergisi Əmək haqqı (vergiyə cəlb olunan) 2500AZN-ə qədər olduqda (əmək haqqı-200)*14% Əmək haqqı (vergiyə cəlb olunan) 2500 AZN-dən yuxarı olduqda 350+(əmək haqqı-2500)*25% DSMF ayırması əmək haqqının 3%-i İşsizlik sığortası 0,5% Həmkarlar ittifaqı müəyyən % İcbari tibbi sığorta 8000 AZN-ə qədər 2 %,8000 AZN-dən yuxarı hissənin 0,5% | Gəlir vergisi hesablanmır DSMF ayırması əmək haqqının 22%-i İşsizlik sığortası 0,5% Həmkarlar ittifaqı müəyyən % İcbari tibbi sığorta 8000 AZN-ə qədər 2 %,8000 AZN-dən yuxarı hissənin 0,5% |