Biznes mühitində işçilərin və müəssisələrin qarşılıqlı vəzifə və öhdəlikləri Əmək Məcəlləsi ilə tənzimlənir. Bu öhdəliklər içərisində Məzuniyyət mövzusu həmisə aktuallığını qoruyub saxlayıb. Belə ki hər bir işçi il ərzində necə gün məzuniyyətə çıxa bilər,məzuniyyətdən istifadə hüququ nə zaman yaranır,necə növ məzuniyyət vardır, məzuniyyət haqqı necə hesablanır və s. Bu sualların cavabı Əmək Məcəlləsinin müvafiq maddələrində öz əksini tapır.
Davam edək...
Əmək Məcəlləsinin 112-ci maddəsinə əsasən aşağıdakı Əmək Məzuniyyəti növləri vardır:
- Əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti
- Sosial məzuniyyət
- Təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti
- Ödənişsiz məzuniyyət
Əmək Məcəlləsinin 114.2-ci maddəsinə əsasən ödənişli əmək məzuniyyəti bir iş ili ərzində minimum 21 gün təşkil edir. Lakin ƏM (əmək məcəlləsi) müvafiq maddələrində qeyd olunmuş işçilərə 30 gün məzuniyyət verilməlidir.
İşçisinin əmək stajından asılı olaraq əsas əmək məzuniyyətinə əlavə məzuniyyət də artırılır. ƏM--nin 116.1-ci maddəsinə əsasən:
5 ildən 10 ilədək -2 gün
10 ildən 15 ilədək-4 gün
15 ildən çox olduqda 6 gun əlavə əmək məzuniyyəti artırılır.
Əmək Məcəlləsinin 117.1-ci maddəsinə əsasən bütün əsas və əlavə əmək məzuniyyətinin müddətindən asılı olmayaraq 14 yaşınadək 2 uşağı olan qadınlara 2 təqvim günü,bu yaşda 3 və daha çox uşağı olan həmcinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Məzuniyyət haqqında bilinməsi vacib olan kritik məqamlar:
ƏM-nin 114.6-cı maddəsinə əsasən Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir
Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır
Əmək məcəlləsinin 137.1-ci maddəsinə əsasən əmək məzuniyyəti hissələrə bölünərək verilə bilər lakin bu halda hissələrdən birinin müddəti 2 təqvim həftəsi müddətindən (14 gündən) az olmamalıdır.
Əmək Məcəlləsinin 135.2-ci maddəsinə əsasən istifadə olunmamış məzuniyyət müddətinə görə müəyyən olunmuş qaydada və məbləqdə kompensasiya ödənilməlidir.
Əmək Məzuniyyəti təqvim gününə əsasən verilir.
Hesablanmış məzuniyyət haqqı işçi məzuniyyətə çıxmağa minimum 2 gün qalmış əmək haqqı kartına ödənilməlidir.
ƏM-nin 131.1-ci maddəsinə əsasən işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.
İşçi işlədiyi ilk gündən məzuniyyət hüququ yaranır.
Əgər işçi 5 gün işləyib sonra qarşılıqlı razılaşma əsasında işdən çıxırsa işləmiş olduğu 5 günə görə məzuniyyət haqqı hesablanıb kompensasiya verilməlidir.
Məzuniyyət haqqının hesablanması
Əmək Məcəlləsinin 140.3-cu maddəsinə əsasən Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
Məsələn:
İşçi 23 günlük məzuniyyətə çıxır.Bu işçinin son 12 ay ərzində toplam əmək haqqı məbləği 10980 AZN-dir.
(10980/12)/30.4*23gün=692.27 AZN