2022-ci ildə Əmək haqqı nece hesablanır?

2021-ci il üçün əmək haqqı hesablama bloqumuza nəzər yetirsək görərik ki,əmək haqqı hesablamasında olan dəyisiklik yalnız İcbari Tibbi Sığortanın (İTS) tutumundakı güzəşt müddətinin bitməsidir.Belə ki, 2021-ci il İTS hüsablanması güzəştli olaraq 0,5 % idi.Lakin 2022-ci ildən bu güzəşt aradan qaldırılıb və müvafiq olaraq 2 % hesablanır.

Aşağıda qeyd olunan cədvəllərdə qeyri neft-qaz və özəl sektorda və dövlət və neft sektorunda əmək haqqından müvafiq tutulmalar qeyd olunmuşdur.

Qeyri neft-qaz və özəl sektorda əmək haqqı hesablanması:

Qeyri neft-qaz və özəl sector

İşçi hesabına

Şirkət hesabına

Gəlir vergisi

8000AZN əmək haqqına qədər 0 AZN

8000AZN əmək haqqıdan yuxarı hissənin 14%-i

DSMF tutulması

200AZN əmək haqqına qədər 3% AZN,200 AZN əmək haqqından yuxarı hissənin 10%-i

İşsizlik sığortası

əmək haqqının 0,5 %-i

Həmkarlar ittifaqına

Müəyyən %

İcbari tibbi sığorta

8000 AZN-ə qədər 2 %,8000 AZN-dən yuxarı hissənin 2%

Gəlir vergisi tutulmur



DSMF tutulması

200 AZN əmək haqqına qədər 22% AZN,200 AZN əmək haqqından  yuxarı   hissənin 15%-i

İşsizlik sığortası

Əmək haqqının 0,5 %-i

Həmkarlar ittifaqına

Müəyyən % 

İcbari sığorta

8000 AZN-ə qədər 2 %,8000 AZN-dən yuxarı hissənin 2%


Neft-qaz və dövlət sektorunda əmək haqqı hesablanması

Neft-qaz və dövlət sektoru

İşçi hesabına

Şirkət hesabına

Gəlir vergisi

Əmək haqqı (vergiyə cəlb olunan) 2500AZN-ə qədər olduqda (əmək haqqı-200)*14%

Əmək haqqı (vergiyə cəlb olunan) 2500 AZN-dən yuxarı olduqda 350+(əmək haqqı-2500)*25%

DSMF ayırması əmək haqqının 3%-i

İşsizlik sığortası 0,5%

Həmkarlar ittifaqı müəyyən %

İcbari tibbi sığorta

8000 AZN-ə qədər 2 %,8000 AZN-dən yuxarı hissənin 0,5%

Gəlir vergisi hesablanmır




DSMF ayırması əmək haqqının 22%-i

İşsizlik sığortası 0,5%

Həmkarlar ittifaqı müəyyən %

İcbari tibbi sığorta

8000 AZN-ə qədər 2 %,8000 AZN-dən yuxarı hissənin 0,5%


2022-ci il üçün əmək haqqının hesablanması nümunəsi:

Işçinin əmək haqqısı 570 AZN-dir və işçi qeyri-neft qaz və özəl sektorda çalışır

Işçi hesabına tutulma

Şirkət hesabına tutulma

Gəlir Vergisi=0 AZN

DSMF=200*3%+(570-200)*10%=43 AZN

İşsizlik sığortası=570*0,5%=2,85 AZN

İTS=570*2%=11,4 AZN

Gəlir Vergisi=0 AZN

DSMF=200*22%+(570-200)*15%=99,5 AZN

İşsizlik sığortası=570*0,5%=2,85 AZN

İTS=570*2%=11,4 AZN


Əmək haqqı hesablanması cədvəli və table yüklə

Paylaş