Vətəndaşlıq hüququ Azərbaycan Respublikasının Konstitusiyasının 52-ci maddəsində təsbit olunub. Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası ərazisində və ya Azərbaycan Respublikası vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikası vətəndaşıdır.

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının qanunu ilə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi və bərpasının qayda və şərtləri müəyyən edilib. Həmin qanunun 11-ci maddəsinə əsasən vətəndaşlığın əldə edilməsinin əsasları müəyyən edilib. Bunlardan biri Filiasiyadır. Filiasiyanın iki prinsipi vardırdır. Qan huququ və torpaq hüquq. Azərbaycan Respublikası vətəndaşından və Azərbaycan Respublikası ərazisində doğulmuş şəxslər Filiasiya yolu ilə vətəndaşlıq əldə edir. Başqa bir əsas isə Naturalizasiyadır. Naturalizasiya üsulu ilə vətəndaşlıq şəxsi vəsatət vasitəsilə əldə edilir. Naturalizasiya yolu ilə vətəndaşlıq əldə edilməsi üçün şəxs son 5 il ərzində qanuni əsaslarla Azərbaycan Respublikası ərazisində daimi yaşamalı,qanuni gəlir mənbəyi olmalı,dövlət dilini sərbəst bilməsi haqqında sənəd təqdim etməli və Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürməlidir.

Şəxs müəyyən səbəbdən öz vətəndaşlığını itirib sonradan bərpa etmək istəyirsə, bu hüquqi terminlə Vətəndaşlığın bərpası hesab olunur. Reinteqrasiya Naturalizasiya ilə bənzəsə də irəli sürülən tələblərin sadəliyi ilə ondan fərqlənir. Naturalizasiya yeni vətəndaşlığın əldə edilməsi olduğu halda, Reinteqrasiya isə itirilmiş vətəndaşlığın bərpasıdır.

Azərbaycan Respublikası vətəndaşlığının alınması (Miqrasiya xidmətləri) ,müvəqqəti yaşama icazəsi,iş icazəsinin alınması üçün sizə köməklik göstərə bilərik.




Paylaş