2022-ci ildə qeyri iş günləri necə olacaq?
ƏƏSMN-nin Kollegiyasının 17 dekabr 2021-ci il tarixli Qərarı ilə 2022-ci il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2021-ci il 1 dekabr tarixli 375 nömrəli Qərarına əsasən 2022-ci ildə aşağıdakı günlər iş günü hesab edilmir.Əlavə olaraq həftə ərzində 5 günlük və 6 günlük iş rejimi olan müəssisələrdə aylıq iş günləri haqqında məlumat da verilmişdir.Növbəti cədvəldə baxaraq faydalana bilərisiniz.
1, 2 yanvar | Yeni il bayramı |
20 yanvar | Ümumxalq Hüzn günü |
8 mart | Beynəlxalq qadınlar günü |
20, 21, 22, 23, 24 mart | Novruz bayramı |
9 may | Faşizm üzərində Qələbə günü |
2, 3 may | Ramazan bayramı |
28 may | Müstəqillik Günü |
15 iyun | Milli Qurtuluş günü |
26 iyun | Silahlı Qüvvələri günü; |
9, 10 iyul | Qurban bayramı |
8 noyabr | Zəfər Günü |
9 noyabr | Dövlət Bayrağı günü |
31 dekabr | Dünya Azərbaycanlılarının Həmrəyliyi günü. |
2022-ci ildə iş günlərinin bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 25 mart, 30 may, 27 iyun, 11, 12 iyul tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 25 mart, 27 iyun, 11 iyul tarixləri istirahət günləridir.
Bəs aylıq olaraq iş günlərinin sayı nə qədərdir?
Həftə ərzində 5 günlük və 6 günlük iş rejimi olan dövlət və özəl müəssisələrdə aylıq iş günlərinin sayı aşağıdakı kimidir:
Aylar | 5 günlük iş günü rejimində aylıq iş günləri | 6 günlük iş günü rejimində aylıq iş günləri |
Yanvar | 18 | 23 |
Fevral | 20 | 24 |
Mart | 17 | 22 |
Aprel | 21 | 26 |
May | 18 | 22 |
Iyun | 20 | 24 |
Iyul | 19 | 24 |
Avqust | 23 | 27 |
Sentyabr | 22 | 26 |
Oktyabr | 21 | 26 |
Noyabr | 20 | 24 |
Dekabr | 22 | 26 |
2022-ci il üçün istehsalat təqvimini yüklə (pdf.)
2022-ci il üçün istehsalat təqvimini yüklə (jpeg.)
2022-ci il üçün aylıq iş günlərinin sayını yüklə (pdf.)
2022-ci il üçün aylıq iş günlərinin sayını yüklə (jpeg.)
faydalanılmış mənbə: www.sosial.gov.az