İsveçrə Konfederasiyası 1291-ci ildə yaradılıb və onu dünyanın ən qədim ölkələrindən birinə çevirib.  Qloballaşan dünyada İsveçrə yüksək həyat səviyyəsinə malik sabit və təhlükəsiz ölkə kimi görünür. İsveçrə vətəndaşları172 ölkəyə vizasız səyahət edə bilir.

Neytral və təhlükəsiz ölkə kimi,həmçinin yüksək yaşayış və təhsil standartlarında malik olması,müxtəlif multikultral şəhərləri qeyri-isveç vətəndaşları və vətəndaşlığı olmayan şəxslər üçün  İsveçrə yaşamaq və işləmək baxımından cəlbedici yer kimi görünür. İsveçrədə biznes investisiya üçün əlverişlidir və əla bank sistemi mövcuddur.

“İsveçrə vətəndaşı” dedikdə, İsveçrənin milli qanunvericiliyinə uyğun olaraq, İsveçrə vətəndaşlığına mənsub olan hər hansı şəxs nəzərdə tutulur; 

İsveçrənin vətəndaşı olmağın bir neçə fərqli yolu var. Ən geniş yayılmış yol İsveçrədə doğulmaq və ya İsveçrəli valideynlərə sahib olmaqdır. Əgər siz İsveçrə vətəndaşından  anadan olmamısınızsa, yenə də naturalizasiya yolu ilə vətəndaş ola bilərsiniz. Naturalizasiya yolu ilə vətəndaşlıq almaq üçün bir sıra tələblər var. Bunlara10 il qanuni əsaslarla İsveçrədə yaşamaq, milli dillərdən birini mükəmməl bilmək,sabit iş yeri kimi tələblər daxildir. Həmçinin İsveçrə vətəndaşlığı almaq üçün müraciət edən şəxslər 18 və ya daha yuxarı yaşda olmalı, təmiz cinayət keçmişinə sahib olmalıdır. İsveçrə vətəndaşı ilə evlənmisinizsə və ya əcdadlarınız vasitəsilə İsveçrə ilə xüsusi əlaqələriniz varsa, İsveçrə vətəndaşlığı üçün uyğun ola bilərsiniz.

 İsveçrə Şengen üzvüdür və İsveçrə vətəndaşlarının Avropa İttifaqı daxilində sərbəst hərəkət etməsinə şərait yaradır. İsveçrə vətəndaşı olduqdan sonra bir sıra  hüquq və öhdəliklər yaranır. İsveçrə vətəndaşı olaraq, İsveçrənin istənilən yerində yaşamaq və işləmək hüququnuz var, həmçinin səs vermək və seçilmək hüququnuz var. Həmçinin Vergi ödəmək kimi öhdəlikləriniz yaranır.

Miqrasiya Xidmətləri



Paylaş