Karantin müddətində asan imza sertifikatinin əldə olunması


Ilk öncə asan imza sertifikatı haqqında qısa məlumat verək.Nə üçün lazımdır,harada və nece istifadə olunur,necə əldə etmək olar??

“Asan İmza” e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman şəxsiyyətinizi təsdiqləmək üçün istifadə olunur. “Asan İmza” texnologiyası vətəndaşa mobil telefonu elektron imza kimi istifadə etməklə müxtəlif dövlət və özəl qurumların onlayn elektron xidmətlərindən yararlanmaq və sənədləri imzalamaq imkanını yaradır.

Asan imza sertifikatı vasitəsi ilə aşağıda qeyd olunan əməliyyatları yerinə yetirmək mümkündür:


  • Yeni fiziki şəxs və hüquqi şəxs statuslu şirkətlərin açılması
  • elektron vergi bəyannamələrinin təqdimi,
  • elektron qaimələrin (EQ) tərtib olunması
  • ƏDV hesabından ödənişlərin edilməsi
  • gömrükdə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi,
  • əmək müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatı,
  • internet və mobil bankçılıq kimi vacib elektron xidmətlər
  • Karantin dövründə elektron icazələrin alınması və s.

“Asan İmza” vasitəsilə icra edilir.

Asan imza sertifikarının alınması üçün ilk öncə istənilən mobil operatordan asan imza sertifikatını dəstəkləyən nömrə alınmalıdır.Daha sonra isə asan imza sertifikatı alınmalıdır.

Karantın müddətində Asan imza sertifikatın alınması üçün bir necə yollar vardır:

  1. Asan xidmətdə online növbə tutmaqla Asan xidmət mərkəzlərində (online növbə götürmək üçünhttps://asan.gov.az/az/online-queue mini sorğu doldurulmalıdır )
  2. Vergi orqanında online növbə götürmək müfaviq vergi orqanında (online növbə götürmək üçünhttps://www.e-taxes.gov.az/ebyn/novbe/ mini sorğu doldurulur)
  3.  mail vasitəsi ilə

 

Əlavə xidmət üçün bizə müraciət edə bilərsiniz

info@growth.az
(+9950) 235 35 99

Paylaş