Miqrasiya (Miqrasya nədir?) termini latın mənşəli söz olub,hərfi mənası köçmək və ya köçetmə anlamına gəlir.

Miqrasiya insanların bir yerdən başqa yerə müvəqqəti və ya daimi köçməsidir. 

Dünya üzrə əhali yerdəyişmələri hər zaman olduğu kimi indiki dövrdə də təbii olan, bu baxımdan forma və məzmun etibarilə zəruri bir prosesə çevrilmişdir. İş,biznes,turizim və başqa məqsədlərlə Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı durmadan artır. Bu şəxslərin hüquq və azadlıqları Azərbaycan Respublikasının Konstitusiyası, Miqrasiya məcəlləsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və onlara uyğun olaraq qəbul edilmiş normativ aktlarla tənzimlənir.

Miqrasiya hüququna  Azərbaycan Respublikasına gəlmə, Azərbaycan Respublikasından getmə, iş icazəsi,müvəqqəti yaşama icazəsi ,daimi yaşama icazəsi,vətəndaşlığa qəbul etmə, vətəndaşlığın bərpa edilməsi   ,vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, viza alınması və.s daxildir. Qanunvericiliyin tələblərinin pozulması cərimə, Azərbaycan Respublikası hüdüdlarından kənara çıxarma və digər hüquqi nəticələrə səbəb olur.  

Əcnəbi –Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxsdir 

Vətəndaşlığı olmayan şəxs –Heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir

Şirkətimiz əcnəbi və vətəndaşlığı olmayan şəxslərə qanunvericiliyin  tələb etdiyi sənədlərin hazırlanmasını,yığılmasını həmçinin  idarə,müəssisə və təşkilatlarda təmsil olunması , bir sözlə miqrasiya xidmətlərini təklif edir. 


Mənbə: Miqrasiya məcəlləsi 

Paylaş