Netdən grossa əmək haqqı necə hesablanmalıdır?
Muzdla işləyən fiziki şəxslərin əmək haqqlarından müvafiq tutulmalar mövcuddur.Bu məcburi ödənişlər tutulduqdan sonra işçinin net əmək haqqısı əmək haqqı kartına ödənilir.
Bəs işçi ilə əmək haqqı net məbləğə danışıldıqda bu zaman nə etmək lazimdir?
Belə hallar olduqda işçinin əmək haqqısı gross up (müvafiq tutulmalardan öncəki məbləq) edilməlidir. Bunun üçün müvafiq tutulmaların qaydası və faizlər (%) bilinməlidir.
Məsələn: işçi ilə əmək haqqı danışılarkən hər aylıq net olaraq 500 AZN məbləğə razılaşdırılıb.Bu zaman 500 AZN məbləği gross up edilməlidir.Yani bu işçinin gross əmək haqqısı (qeyri-neft və özəl sektorda) 619,1 AZN olmalıdır ki məcburi tutulmalar edildikdən karta ödənilən net məbləq 500 AZN olsun.
Net məbləqdən gross məbləğə hesablanma excell sənədi bloga əlavə edilir və buradan yukləyə bilərsiz.