Kimlər riskli vergi ödəyicisi hesab edilir?
Nazirlər Kabinetinin 29 noyabr 2019-cu il tarixli qərarına əsasən riskli vergi ödəyicilərinin meyarları təsdiqlənib.Riskli əməliyyatların meyarları:
1. Vergi ödəyicilərinin təqdim etdiyi (satdığı) elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə
Məsələn: Əgər vergi ödəyicisi elektron qaimə və idxal əsasında aldığı mallardan fərqli mallar təqdim etdikdə (satdıqda).Yəni siz elektrik mallarının satışı ilə məsğulsunuz,fərqli fərqli adlarda mallar almısınız (EQ və idxal vasitəsi ilə),lakin aldığınız malların içərisində televizor yoxdur.Siz satış zamanı televizor satarsanızsa əmtəəsiz mal əməliyyatı etmiş sayılırsınız və riskli vergi ödəyicisi hesab edilirsiz.
2. Vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə)
Məsələn: Əgər vergi ödəyicisi ardıcıl 6 ay ərzində 20.000 AZN-lik mal satışı edib.Lakin müvafiq dövr ərzində elektron qaimə və idxal vasitəsi ilə 5.000 AZN-lik mal almışdır.Bu zaman siz riskli vergi ödəyicisi hesab edilirsiz
Qərara əsasən aşağıda qeyd olunan əməliyyatlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilir:
- Aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə (1-ci nümunəyə əsasən)
- İdxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla) Məsələn: İdxal vəya elektron qaimə əsasında aldığı malları saxlamaq üçün təsərrüfat subyekti (anbar) olmadıqda vəya müvafiq ölçüdə olmadıqda riskli vergi ödəyicisi hesab edilir.Daha dəqiq izah etsək idxal və Eq əsasında aldığı mallar 200 kv.m sahəyə yerləşə biləcəyi halda 10 kv.m sahəli təsərrüfat subyekti (anbar) olduğu halda da riskli vergi ödəyicisi hesab edilir.
- Vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə. Məsələn: vergi ödəyicisi məsləhət xidməti ilə məşğuldur. Fəaliyyəti zamanı özünün istifadə etmədiyi malları-təmir tikinti materiallarını sənədləşdirmədən təqdim etdikdə (satdıqda) riskli vergi ödəyicisi hesab edilir.Bu zaman öz biznes fəaliyyətində istifadəsi üçün nəzərdə tutulan ofis ləvazimatları və aktiv əsas vəsaitlər istisna edilir.
- Vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda (2-ci nümunəyə əsasən)
- Riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs Məsələn: riskli vergi ödəyicisi hesab edilən vergi ödəyicisinin rəhbəri vəya təsiscisi olduğu huquqi şəxs də riskli vergi ödəyicisi hesab edilir.
- Riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs Məsələn: riskli vergi ödəyici olan hüquqi şəxsin rəhbərinin vəya təsiscisinin təsis etdiyi vəya rəhbəri olduğu digər hüquqi şəxslər də riskli vergi ödəyicisi hesab edilir.
- Beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər Məsələn 6 və daha çox hüquqi şəxsin rəhbəri vəya təsiscisi olan fiziki şəxslər riskli vergi ödəyicisi hesab edilir.
- Qərara əsasən riskli vergi ödəyicisi hesab edilən şəxslər nələrdən məhrum edilir?