Bazar iqtisadiyyatı şəraitində şəffaf rəqabətin təmin olunması məqsədi ilə bir sıra vergi tənzimləmələri həyata keçirilmişdir.Bu tənzimləmələrin icərisində özündə bir necə qeyri-qanuni əməliyyatları cəmləşdirən riskli əməliyyatların açıqlanması vardır.Belə ki, bu tənzimləmələr “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Nazirlər kabinetinin 29 noyabr 2019-cu il tarixli qəraına əsasən müəyyənləşir.Təsdiq edilmiş meyarlara buradan baxa bilərsiniz.Sözü gedən dəyişiklik layihəsi əsas olaraq 2 hissədən ibarətdir.Bunlardan:
1.Riskli vergi ödəyicisinin meyarları
2. Riskli əməliyyatların meyarları
Riskli vergi ödəyicilərinin meyarları biznes fəaliyyətində heyata kecirdiyi əməliyyatların qanun cərcivəsinə salınmasına xidmət göstərir.Belə ki aşağıda qeyd olunan meyarlardan ən azı birinə cavab verən fiziki şəxs/sahibkar vəya hüquqi şəxslər riskli vergi ödəyicisi statusunu alır:
1.Riskli əməliyyat meyarlarında nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda;
2.aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə;
3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla);
4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə;
5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda;
6. bu Meyarların 1-5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs;
7. bu Meyarların 1-5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs;
8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər.
Riskli əməliyyatların meyarlarında isə əməliyyat növünə görə risk müəyyənləşdirilir. Belə ki aşağıda qeyd olunan əməliyyatlar riskli hesab olunur:
1.vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə;
2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
Riskli vergi ödəyicilərin axtarışını hər bir fiziki vəya hüquqi şəxsin online kargüzarlıq bölməsindən-riskli vergi ödəyicilərinin axtarışı edə bilərsiniz