Miqrasiya xidmətindən müfaviq icazələrin alınması

Bildiyimiz kimi xarici ölkə vətəndaşlığı olan şəxslər Azərbaycan Respublikası hüdudları daxilində əməyin qarşılığı ödənilməklə işləməsi üçün müvafiq dövlət orqanından işləmə icazəsi və yaşama icazəsi almalıdır.Bunun üçün dövlətin bu xususda tələbləri vardır.Belə ki bu xarici vətəndaşın ixtisasına, bilik və bacarıqlarına ölkə daxilində işə götürəcək şirkətdə tələb olduğunu əsaslandırılmalı, tələb olunan sənədlər hazırlanıb Dövlət Miqrasiya xidmətinə təqdim olunmalıdır. Bu rəsmi prosesləri xarici işçini işə götürən şirkət tərəfindən aparılmalı vəya etibarnamə əsasında vəzifələndirilən şəxs vəya konsulting şirkəti etməlidir.

İşləmə və yaşama icazəsinin alınması üçün rəsmi sənədlər yığılmalı və dövlət rüsumu ödənilməlidir.

İş icazəsinin alınması üçün dövlət rüsumunun məbləği aşağıdakı kimidir:

- on iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
3 ayadək - 700 manat;
6 ayadək - 900 manat;
1 ilədək - 1400 manat.
- on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
3 ayadək - 500 manat;
6 ayadək - 700 manat;
1 ilədək - 1200 manat.
- iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
3 ayadək - 350 manat;
6 ayadək - 600 manat;
 1 ilədək - 1000 manat.

Yaşama icazəsinin alınması üçün dövlət rüsumunun məbləği aşağıdakı kimidir:

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılması üçün 

-  iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda


Müddət

Yetkinlik yaşına çatmış şəxslər

Yetkinlik yaşına çatmayan şəxslər

3 ayadək

30 AZN

15 AZN

6 ayadək

60 AZN

30 AZN

1 ilədək

120 AZN

60 AZN

1 il 6 ayadək

180 AZN

90 AZN

2 ilədək

240 AZN

120 AZN

2 il 6 ayadək

300 AZN

150 AZN

3 ilədək

360 AZN

180 AZN


-  on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda


Müddət

Yetkinlik yaşına çatmış şəxslər üçün

Yetkinlik yaşına çatmayan şəxslər üçün

3 ayadək

40 AZN

25 AZN

6 ayadək

80 AZN

50 AZN

1 ilədək

160 AZN

100 AZN

1 il 6 ayadək

240 AZN

150 AZN

2 ilədək

320 AZN

200 AZN

2 il 6 ayadək

400 AZN

250 AZN

3 ilədək

480 AZN

300 AZN


Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 566-cı maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün sənədlərin itirilməsinə və ya qəsdən korlanmasına görə 30 manat cərimə edilir.


Rüsumlar üçün mənbə: www.asan.gov.az.

Paylaş