2023-cü ildə yaşayış minimumu nə qədər olacaq?

Yaşayış minimumu- bu anlayış ilk dəfə olaraq 5 oktyabr 2004-cü il tarixində Azərbaycan Respublikasının “Yaşayış minimumu haqqında “ qanunda ilk dəfə olaraq işlədilmişdir. Yaşayış minimumu istehlak səbətinin minimum dəyəri və icbari ödənişlərin cəmindən ibarət olan sosial normadır.

Yaşayış minimumunun hüquqi tənzimlənməsini həyata keçirən "Yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununda yaşayış minimumunun hansı məqsədlərlə istifadə olunması müəyyən edilmişdir:

  1. aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsi sisteminin formalaşdırılmasında və tətbiqində;
  2. aztəminatlı ailələrin rifahının yüksəldilməsi konsepsiyasının və Dövlət Proqramlarının hazırlanmasında;
  3. əhalinin həyat səviyyəsinin qiymətləndirilməsində və proqnozlaşdırılmasında;
  4. fiziki şəxslərin gəlirlərinin vergiyə və icbari ödənişlərə cəlb edilməyən həddinin əsaslandırılmasında;
  5. əhalinin pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində;
  6. dövlət büdcəsinin, yerli büdcələrin, büdcədənkənar dövlət fondlarının, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında.

Ölkə üzrə yaşayış minimumu hər il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənir.

5 dekabr 2023-cü il tarixində ölkə prezidenti İlham Əliyev tərəfindən 2024-cü il üçün yaşayış minimumu müəyyənləşdirilmişdir.Belə ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində təsdiqlənmişdir.

mənbə:prezident.az saytından faydalanılmışdır.


Paylaş